Ticarətin və Anbarın
avtomatlaşdırılması

Topdan və pərakəndə ticarət, onlayn mağaza, istehsal
və ya inşaat — mal, xammal və ya material olduğu hər hansı bir biznes işi üçün.

HB Retail

İstənilən mağaza və ya xidmət sahəsi üçün idealdır

Ərzaq
mağazası

Geyim və ayaqqabı
mağazası

Elektronika,
telefon və aksessuarlar

Ətriyyat və
kosmetika

Tikinti malları
mağazası

Məişət texnikası
mağazası

Uşaq malları və
oyuncaq mağazası

Dəftərxana
malları mağazası

Ehtiyat
hissələri mağazası

Aptek
və optika

Kassirin və ya satıcının iş yerində
ticarət və biznes proseslərinin avtomatlaşdırılması

İstənilən
cihazda

Windows və Android kimi əməliyyat sistemlərində çalışan hər hansı cihazda – terminallarda, planşetlərdə, noutbuklarda və kompüterlərdə işləmək imkanı.

Off-line
rejimdə işləyir

Serverlə əlaqənin olmadığı (internet olmadıqda, şəbəkənin nasazlığı və s.) rejimdə çalışır və serverə ötürüləcək məlumatlar bir aya qədər növbədə, yaddaşda saxlanılır.

Ticarət
avadanlığı ilə iş

Hər hansı məşhur brendlərin istehsal etdiyi istənilən ticarət avadanlıqlarının: barkod skanerləri, qəbz printerləri, barkod tərəziləri, etiket printerləri, məlumat köşkləri və s. qoşulması.

Sadə
interfeys

Aydın interfeys – işçi heyətinə təlimat tələb olunmur. Avtomatlaşdırma sürətli satış üçün mümkün qədər sadə və rahat olur.

Proseslərin
avtomatlaşdırılması

İşçilərin bütün hərəkətlərinin rəqəmsallaşdırılması - sifarişlərin qəbulu, materialların və məhsulların uçotu, müştərilərin ödənişi və uçotu, nağd pul yığımı və s.

İnternet-mağazaya
qoşulma

Saytdan edilən sifarişləri qəbul etmək və sonradan kassaya ötürülən sifarişlərin işləməyə davamı üçün İnternet-mağazaya qoşulması.

Əlverişli
qiymət

Proqram təminatına görə qiymət 300₼ məbləğindən başlanır, texniki dəstək xidməti isə abunə modeli üzrə həyata keçirilir.

Kassirin və ya satıcının
əsas funksiyaları

Rahat giriş

Hər bir əməkdaşın rahat və sürətlə daxil olması üçün PIN-kod, eləcə də giriş üçün RFID kartlarının, Barkodun və QR-kodun oxunması.

Klaviaturada işin rahatlığı

Sürətli xidmət üçün əksər populyar funksiyaları klaviaturadakı funksional klavişlərlə çağırmaq imkanı.

Qiymət və qalıqlarla malların siyahısı

Satıcı-məsləhətçi çalışdığı və ya bir başa kassirlərin, mövcud olan mal qalıqlarına və bir neçə qiymətinə nəzarət edilməsi təcrübəsinin tətbiq edildiyi mağazalar üçün faydalıdır.
Malların siyahısından, internet-mağazadan yeni bir sifariş vermiş kimi, malları yeni bir qəbzə sürətlə ötürmək imkanı.
Malların siyahıya keçidi, hətta qəbzin rəsmiləşdirildiyi zaman, həyata keçirilməsi kassirin işini dayandırmır.

Müştərinin Bonus kartının qəbzə əlavə olunması

Müştərinin qəbzi rəsmiləşdirilərkən Kassa modulu proqramında endirim və bonus kartları barkod skaneri ilə, yaxud kartın nömrəsi ilə təyin olunmasına imkan verir.

Kassada tərəzi

Kassada çəkilən malların avtomatik proqrama ötürülməsi və qiymətin hesablanması, evinizin yaxınlığındakı kiçik mağazaların uçotu üçün mükəmməl bir həlldir.

Seriya nömrələri üzrə uçot

Zəmanət müddəti nəzərə alınmaqla, malların satışı və qaytarılması zamanı seriya nömrələrinin uçotu. Satış zamanı seriya nömrələrini kütləvi şəkildə daxil etmək imkanı.

Malın olmadığı
təqdirdə xəbərdarlıq

Bazada mövcud olmayan və yaxud barkodunu skaner ilə düzgün oxumaq mümkün olmayan malın - neqativ səs siqnalı və xəbərdarlığın ekrana çıxması.

Səhvlərin aradan qaldırılması və oğurluğun qarşısının alınması

Satış boyu kassiri istiqamətləndirir. Mal çəkili olduqda, onu çəkməyi təklif edir, özü endirim tətbiq edir və qalıq pulu hesablayır. Mal və ya xidmət silindikdə, yaxud çek ləğv edildikdə Administratorun icazə verilməsini, yaxud ləğvin səbəbinin mütləq qaydada seçilməsini tələb edəcək.

HB
Retail

Onlayn Kassalarla inteqrasiya imkanlarına malik kassirin iş yeri

Kassa əməliyyatları zamanı qəbzləri real vaxt rejimində yeni nəsil nəzarət-kassa aparatlarına ötürülməsini təmin etmək.

Malların axtarışı, qaiməyə əlavə edilməsi

Barkod oxuyucu skaneri ilə malın əlavə edilməsi, yaxud adının bir hissəsini, artikulu və ya unikal kodu daxil etməklə həmin malın tapılması.

Bonuslar və endirimlər

Avtomatik endirimlər, aksiyalar və kampaniyalar - qruplara, filiallara, zamana görə və s. Əgər Sizin mağazanızda müştərilərin loyallığının idarə olunması üçün bonus proqramı aktualdırsa, satıcı və ya kassir müştəri ilə hesablaşmaları mövcud bonuslar əsasında aparacaq.

Qəbzin
redaktəsi

Malın miqdarının dəyişilməsinin mümkünlüyü, səhvən daxil edilmiş malın silinməsi, endirimin təyin olunması, çekin tam ləğvi.

Yeni nəsil nəzarət-kassa dəstəyi

Malların və ya xidmətlərin adları qəbzdə göstərilməklə çap edilməsi və ödəniş haqqında bütün məlumatların token vasitəsilə göndərilməsi.

Geri qaytarma əməliyyatı

Malların qaytarılması və dəyişməsinin rəsmiləşdirilməsi zamanı rahatlığı. Malların ayrı-ayrılıqda və bütünlüklə çekin qaytarılması.

Kassa modulu – kassirin və ya satıcının işləməsi üçün müasir və rahat məkandır

Təxirə salınmış satışlar

Bir alıcıya xidmət göstərilməsini müvəqqəti dayandıraraq digər alıcıya keçmək, eyni anda birdən çox müştəriyə xidmət göstərilməsi imkanı.

Satıcının qəbzlə əlaqələndirilməsi

Satışı icra etmiş satıcılar sövdələşmə şərtləri ilə çalışırlarsa, onların əməkhaqqının hesablanması üçün, eləcə də işçi heyətinin loyallığı sistemlərində motivasiya üçün (reytinqlər, plan göstəriciləri və s.) həmin satıcıların qəbzə əlavə edilməsi.

Qəbz üzrə hesablaşma – müxtəlif ödəniş

Kassa modulu ödənişi nağd şəkildə, bank kartı ilə, toplanmış bonuslarla qəbul etmək imkanına malikdir və hətta bütün bu metodları özündə cəmləşdirir. Hesablaşma zamanı kassirə pulun qalığının məbləği göstərilir.

Növbənin açılması və bağlanması

Növbənin açılması zamanı avadanlığın yoxlanması. İlk satışın rəsmiləşdirilməsindən sonra növbənin avtomatik açılması. Növbənin bağlanması ya fərdi, ya da avtomatik şəkildə, işin başlanmasından kassanın ayarlarında göstərilən müddətdən sonra icra olunur. Əldə olunan alverin təhvil verilməsinə nəzarət, satış nöqtələri üzrə satış statistikası.

İnkassasiya – pulun daxil edilməsi və çıxarılması

Günün başlanğıcında «xırda» pullar kassaya daxil edilir. Pulun çıxarılması və toplanması, yaxud başqa sözlə, inkassasiyası ya mağazanın qaydalarına uyğun olaraq, ya da artıq gəlirin müəssisənin əsas kassasına təhvil verilməsinin tələb olunduğu anda həyata keçirilir. Hər iki halda kassir pulun məbləğini və təhvil verilməsinin səbəbini göstərməlidir. Göstərilən məbləğlər kassadakı pulun uçot qalığına təsir göstərəcək.

Günün sonuna əməliyyatların uçotu və nəzarəti

Bütün maliyyə əməliyyatları ilə əlaqədar məlumatları, kassirin X-hesabatını Administratora və ya İdarə edənə təqdim edir və uyğunsuzluqların olmamasına nəzarət edir.

Menecerin və ya İdarə edənin iş yerində
biznes-proseslərinə nəzarət etməsi və idarə olunması

Malların qrupları və şəkilləri
ilə rahat interfeysi

Malların kateqoriyalar üzrə qruplaşdırılması, sürətli vizual axtarış məqsədi ilə mallara və qruplara şəkillərin verilməsi.
Mal vərəqəsində məhsul haqqında tam məlumat: malın adı, şəkili, ətraflı təsviri, artikulu, barkodu, istehsalçı, məhsul üçün sertifikatlar.

Müştəri bazası ilə iş

Müştərilərin qeydiyyatı və uçotu. Dublikatların, xüsusi sahələrin yoxlanılması ilə alıcıların və kontragentlərin əlaqə məlumatlarının daxil edilməsi üçün rahat məlumat kitabçası. Müştəri haqqında bütün məlumatlar bir ekranda: münasibətlərin tarixçəsi, sənəd arxivi, cari borc və ümumi satış.

Qiymət və barkod etiketlərinin redaktə və çap edilməsi

Qiymət və barkod etiketlərinin 3 klikdə sürətli çapı. Qiymət və barkod etiketlərinin şablonlarını yarada bilən operatorlar və idarə edənlər üçün əlverişli vizual etiket redaktoru.
Müntəzəm və aksiyalı qiymət etiketlərin hər ölçüdə çap edilməsi məqsədi ilə düzgün şablonların və barkod printerlərin redaktəsi üçün seçimi.

Girişin, istifadəçinin və filialın məhdudlaşdırılması

İstifadəçilərin hüquqlarının idarə olunması: qaimə hüquqları və funksiyaları, səlahiyyətlər; müxtəlif bölmələrdən və filiallardan istifadəçilər üçün girişin ayrılması; lazımsız bəndləri və malların maya dəyərini gizləmək imkanı. Əməkdaşların əməliyyatları üzrə hadisələrin ümumi qeydiyyatı. Qapalı dövrlərdə dəyişikliklərə qadağa qoyulması.

Onlayn qalıqlar

Real vaxt rejimində anbarda malın mövcudluğunun yoxlanması, müştərinin təmin edilməmiş sifarişinin qeydə alınması.

Ödənişlərə və borclara nəzarət

Pul vəsaitlərinin hərəkətinin uçotu. Hər bir təchizatçıya ödəniş müddətinə görə ödənilməli olan borcun izlənməsi. Hər müştəri üçün ümumi və gecikdirilmiş borcların qaimələr üzrə təfərrüatları ilə göstərilməsi.

Seriya nömrələri üzrə uçot

Malların seriya nömrələrinə görə uçota alınması imkanı, alıcıya zəmanət talonunun verilməsi, malların seriya nömrələri üzrə zəmanətinin izlənilməsi.

Malların modifikasiyası

Malların ölçüsünə, rənginə və ya hər hansı digər özəlliklərinə görə modifikasiyasından istifadə etməklə, fərqli xüsusiyyətləri olan eyni malların satışı.

Tərəzilərin idarə olunması

Tanınmış istehsalçıların tərəzilərinə malların son istifadə müddəti və qiymətləri haqqında məlumatların yüklənilməsi.

Malların rezerv edilməsi

Alıcılar tərəfindən sifariş əsasında malların rəsmiləşdirilməsi zamanı rezerv edilməsi, təyin olunmuş günlər nəzərə alınmaqla malların rezervdən avtomatik çıxarılması, sifariş olunan malların göndərilməsindən sonra silinmə.

İşçilərin həvəsləndirilməsi:
mükafatlar, premiyalar...

Hər bir əməkdaş üzrə nailiyyətlər haqqında statistika:
• satıcılara şəxsi satışlara görə faizlər;
• xidmət olunmuş müştərilərin sayına görə kassirlərə mükafat;
• satış planının icrası: növbə, şöbə, satıcı üzrə.

Real vaxtda satış haqqında hesabatlar

Mağaza üzrə statistika: alver, orta çek, nağd pul qalığı və rəflərdə nə qədər pulun qalması.
Kassirlərin effektivliyi: alver, çek sayı.
Satıcılar üzrə satış və ya xidmət.

Proqramın digər imkanları

Sifarişlərin işlənməsi

Alıcıların sifarişləri satışı planlaşdırmağa və malları rezerv etməyə imkan yaradır. Bu sənədin anbar qalıqlarına təsiri yoxdur. Anbarda sifarişləri toplayarkən malların yığılmasını asanlıqla yoxlayın.

Malların və anbarın uçotu

Malların inventarizasiyası, mədaxil olunması və silinməsi. Malların ölçüləri, rəngləri, qutuları, seriya nömrələri və çəki malları ilə iş. Excel-dən eksport imkanı. Malların anbarlar və ya obyektlər arası göndəriş hərəkətləri.

Aksiyalar, endirimlər və loyallıq proqramı

Mövcud aksiyaların və məhsulların sifariş formasında əks etdirilməsi. Loyallıq proqramı və Bonus kartları.

Satışların həyata keçirilməsi

Malların anbardan və sifariş əsasında satışı. Sifarişlərin toplanması və birbaşa satışlar, geri qaytarma və geri ödəmə imkanı. Onlayn sifariş üçün qiymət siyahılarını dərc edin. Hər zaman aktual qalıqlar və qiymətlər, sifarişlər isə dərhal uçot sisteminə düşür.

İnternet-vitrin

İnternet vitrin yalnız məhsulların kataloqu olan bir veb sayt deyil, bir obyektdə iş və satışların təşkili üçün bir sıra həll yollarının ayrılmaz hissəsidir. Bütün məhsullar avtomatik olaraq bazadan idxal olunur. Qalıqlar və qiymətlər nəzərə alınmaqla, 24/7 real vaxt rejimində onlayn mağaza ilə inteqrasiya mövcuddur.

Quraşdırma və istehsal

Quraşdırma və istehsal əməliyyatlarını rəsmiləşdirin, komponentlərin hərəkətinə nəzarət edin, maya dəyərini hesablayın və materiallara tələbatı planlaşdırın.

Pərakəndə ticarət

Bir mağaza və ya onlarla dükanlar üçün vahid bir nəzarət mərkəzi — malları və qiymətləri idarə edin, barkod etiketlərini çap edin, qalıq və qazanca nəzarət edin, loyallıq proqramını yaradın. Onlayn kassalardan qəbzləri çap edin.

HB Retail hər zaman qanunvericiliyin ən son tələblərinə cavab verir.

Onlayn ticarət

Veb sayt, marketpleyslər, sosial şəbəkələr: sifarişləri birləşdirin. Müştərilərinizi seqmentləşdirin, satış hunilərinə diqqət yetirin.

Sifariş ləğvlərini minimuma endirin — Sizin qalıqlarınız istənilən vitrinlərdə avtomatik olaraq yenilənir. Anbarda nə qədər mal olduğunu və nəyi almaq lazım olduğunu hər zaman bilin.

Topdansatış

Anbardan və sifariş əsasında satış edin. Onlayn-sifariş üçün qiymət siyahılarını dərc edin. Hesablar, hesablaşmalar və müqavilələr, istənilən bankdan çıxarışların idxalı.

Anbarın vəziyyətini, alış və göndərişləri planlaşdırın. Təchizatçılara avtomatik sifariş.

İstehsal

Plan üzrə və ya sifariş əsasında istehsal. Hazır məmulatların, yaxud sökülmə zamanı əldə etdiyiniz komponentlərin maya dəyərini formalaşdırın. Qeyri-maddi məsrəfləri nəzərə alın.

Materialları və komponentləri rezervləşdirin və silin. Onlar bitdikdə — bu barədə bildiriş alın. Satış statistikası əsasında avtomatik sifarişlər yaradın.

Bir sistemdə
minlərlə imkan

HB Retail — hər şeyin toplandığı bir mərkəzdir: pərakəndə və topdansatış, veb saytdan, sosial şəbəkələrdən və marketpleyslərdən sifarişlər, mal qəbulu və göndərişləri, mallar və qiymətlər, maliyyə, müştərilər və işçilər, tapşırıqlar və sənədlər.

Bütün prosesləri bir pəncərədə idarə edin və onları bir-birinə bağlayın.

Biznesə nəzarət və idarəetmə
telefondan və ya planşetdən də mümkündür

Android
üçün
tətbiq

Tətbiq istənilən Android planşetində və ya smartfonunda quraşdırılır.

Satış və
alış üzrə analitika

Sahibkar üçün real vaxt rejimində obyektlərdə olan satış və alışların hesabatları.

Pul vəsaitlərinin hərəkətinin uçotu

Xərclərin, borcların və ödənişlərin izlənməsi. Müştəri üzrə ümumi və vaxtı keçmiş borcun əks olunması.

Mənfəət və itkilər haqqında hesabat

Bütün xərclər, əməkhaqqı və vergilərin ödənilməsi nəzərə alınmaqla, obyektin təmiz qazancı haqqında məlumat.

Satış obyektlərinin işinin
onlayn monitoru

Onlayn monitor funksiyası real vaxt rejimində ticarət obyektlərində kassalar üzrə cari vəziyyəti görməyə imkan verir.

Pul vəsaitlərinin qalıqlarına və
hərəkətinə nəzarət

"Pul əməliyyatları" hesabatı, ticarət obyektindəki pul vəsaitlərin hərəkətini və qalığını nağd və nağdsız şəkildə görmək mümkündür.

Satış mənfəəti

Satışın gəlirlik əmsalı konkret bir malın satışının nə dərəcədə sərfəli olduğunu başa düşməyə kömək edir. Gəlirlik qazancın maya dəyərinə (malın istehsalına və ya əldə olunmasına çəkilən xərclərə) nisbəti kimi hesablanır.

Müştərilər və təchizatçılar haqqında məlumat

Müştərilərin və təchizatçıların ünvanları, telefonları, rekvizitləri və hər hansı digər məlumatları, eləcə də real vaxt rejimində onların borcları haqqında məlumat.

Satışlar, qalıqlar, müştərilər üzrə analitika hər zaman Sizin cibinizdədir!
Hər zaman obyektlərinizin mövcud vəziyyətini biləcəksiniz:
alver, orta çek, pul qalığı və rəflərdə nə qədər pul var.

Tətbiq olunma
və müşayiət

Layihənizi sürətlə başlamağınız üçün Sizə lazım olan servisləri müəyyən etməyə köməklik edəcəyik.

10 dəqiqəyə
sürətli start

Qanunvericiliyə
müvafiqlik

Baza
analitikası

Onlayn-kassalarla
inteqrasiya

Hamısı bir arada.
Proqram + Bulud

Operativ
dəstək

ŞİRKƏT HAQQINDA

«HABIB» MMC 10 ildən çoxdur ki, təşkilatlar üçün abunə xidmətləri sahəsində ixtisaslaşmış və uzunmüddətli tərəfdaşlığın qurulmasına yönəlmiş aparıcı bir İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) şirkətidir.

Ticarət, ictimai iaşə, istehsal və xidmət sahəsində texnoloji və biznes proseslərinin işlənib hazırlanması, avtomatlaşdırlılması və tətbiqi ilə, eləcə də İT infrastrukturunun müşayiət olunması və texniki xidmət göstərilməsi ilə məşğul olur.

İstiqamətlər

Proqram təminatı

Biz texnoloji və biznes prosesləri, servis xidmətlərinin avtomatlaşdırılmasının həlli üçün bir sıra proqram məhsulları hazırlayıb bazara çıxarmışıq. Hal-hazırda bizim həllərimiz yerli məhsul sistemlərinin qabaqcıl üçlüyünə daxildir. Biz yazdığımız proqram təminatının seçimini edərək quraşdırmaqla bərabər, həm də bütün məhsullara tamamilə texniki dəstək göstərərək müşayiət edirik.

Ticarət avadanlığı

Biz sizə yalnız ticarət avadanlığı almaqda deyil, həm də çekin vurulmasından tutmuş, alverin və anbardakı qalıqların qeydə alınmasına qədər bütün prosesləri birləşdirməyə kömək edəcəyik.

Bizim vəzifəmiz

Təhlükəsizliyin təmin olunması

Bütün məlumatlar istər kənar, istərsə də daxili təhlükələrdən etibarlı şəkildə qorunmalıdır.

Stabil işin təşkili

Bütün kompüterlər işləməli, printerlər çap etməli, proqramlar açılmalıdır.

Fəaliyyətin optimallaşdırılması

Bütün fəaliyyətlər optimallaşdırılmalıdır:
minimal sayda kliklər vasitəsi ilə maksimal səmərəlilik təmin edilməlidir.

Biz hardayıq

Bizim dəstək komandamız köməklik göstərmək üçün buradadır.
Artıq bu gün ofisimizlə əlaqə saxlayın!

BAKI

Adres

Mətbuat pr. 38A, Yasamal, AZ1100

İş saatları

Be - Ca 09:00-dan 19:00-dək

Şb - Bz 11:00-dan 15:00-dək

SUMQAYIT

Adres

Sülh küç. 7/5, 2-ci mkr., AZ5004

İş saatları

Be - Ca 09:00-dan 19:00-dək

Şb - Bz 11:00-dan 15:00-dək

XIRDALAN

Adres

H.Əliyev pr., Mehdi Hüseyn küç. 54, AZ0100

İş saatları

Be - Ca 09:00-dan 19:00-dək

Şb - Bz 11:00-dan 15:00-dək