Restoran və Kafelərin
avtomatlaşdırılması

Zalın və mətbəxin işi, məhsulların uçotu, yeməklərin və maya dəyərinin
hesablanması, işçi heyətinin həvəsləndirilməsi, loyallıq sistemi və çatdırılma xidməti.

HB Resto

Bütün ictimai iaşə sahələrində mükəmməl həll

Restoran

Fastfud

Yeməkxana

Qəhvəxana

Kafelər

Qəlyanxana

Pitseriya

Barlar

Çörəkbişirmə

Qənnadı

Kassirin, barmenin və ya ofisiantın iş yerində
ticarət və biznes proseslərinin avtomatlaşdırılması

İstənilən
cihazda

Windows və Android kimi əməliyyat sistemlərində çalışan hər hansı cihazda – terminallarda, planşetlərdə, noutbuklarda və kompüterlərdə işləmək imkanı.

Off-line
rejimdə işləyir

Serverlə əlaqənin olmadığı (internet olmadıqda, şəbəkənin nasazlığı və s.) rejimdə çalışır və serverə ötürüləcək məlumatlar bir aya qədər növbədə, yaddaşda saxlanılır.

Ticarət
avadanlığı ilə iş

Hər hansı məşhur brendlərin istehsal etdiyi istənilən ticarət avadanlıqlarının: barkod skanerləri, qəbz printerləri, barkod tərəziləri, etiket printerləri, məlumat köşkləri və s. qoşulması.

Sadə
interfeys

Aydın interfeys – işçi heyətinə təlimat tələb olunmur. Avtomatlaşdırma sürətli satış üçün mümkün qədər sadə və rahat olur.

Proseslərin
avtomatlaşdırılması

İşçilərin bütün hərəkətlərinin rəqəmsallaşdırılması - sifarişlərin qəbulu, materialların və məhsulların uçotu, müştərilərin ödənişi və uçotu, nağd pul yığımı və s.

İnternet-mağazaya
qoşulma

Saytdan edilən sifarişləri qəbul etmək və sonradan kassaya ötürülən sifarişlərin işləməyə davamı üçün İnternet-mağazaya qoşulması.

Əlverişli
qiymət

Proqram təminatına görə qiymət 300₼ məbləğindən başlanır, texniki dəstək xidməti isə abunə modeli üzrə həyata keçirilir.

Kassirin, barmenin və ya
ofisiantın əsas funksiyaları

Rahat giriş

Ofisiantlar üçün PİN-kod, yaxud sürətli giriş üçün RFID kartları.

Sensorlu ekranda işin
rahatlığı

Sensorlu ekrana malik POS-terminal monoblokunda işləmək imkanı. Sizin ofisiantlarınız sifarişləri tez bir zamanda mətbəxə ötürür və müştərilərə daha çox diqqət yetirirlər.

Masaların idarə olunması

Masaların sxemi sifarişlərlə işi asanlaşdırmaq üçün təyin olunub. Hansı sifarişin hansı masaya aid olduğunu, müəyyən sifarişin məbləğini, hansı masaların ödəniş gözlədiklərini və hansıların artıq boşaldığını dəqiq bilmək üçün nəzərdə tutulub.

Obyektin menyusu

Rahat menyu interfeysi ofisiantlara yeməkləri tez bir zamanda axtarmağa, təsvirlərini və qiymətlərini görməyə imkan verir.

Sifarişlərin bir anda
ötürülməsi

Mətbəxdə və ya barda quraşdırılmış printerə ötürülən sifarişlərin tez rəsmiləşdirilməsi.

Sifarişlər haqqında xəbərdarlıq
və aşpaz üçün qeydlər

Aşpaz yeni sifarişlərin qəbulu barədə yüksək bir bildiriş eşidir və müştərilərin xüsusi istəkləri haqqında ofisiantın qeydlərini görür.

Lazımi sex və növbədəki
qəbzlərin sayı

Sifarişlər hər zaman aşpazın diqqət mərkəzindədir! Proqram sifarişin hansı sexə aid olduğunu başa düşür və bütün detalları printerdə çap edir:
• Ofisiant kimdir və hansı masadır
• Sifarişin tərkibi
• Sifarişə dair şərhlər

Səhvlərin aradan qaldırılması və oğurluğun qarşısının alınması

Satış boyu ofisiantı istiqamətləndirir. Özü endirim tətbiq edir və qalıq pulu hesablayır. Mal və ya xidmət silindikdə, yaxud çek ləğv edildikdə Administratorun icazə verilməsini, yaxud ləğvin səbəbinin mütləq qaydada seçilməsini tələb edəcək.

HB
Resto

Onlayn Kassalarla inteqrasiya imkanlarına malik kassirin iş yeri

Kassa əməliyyatları zamanı qəbzləri real vaxt rejimində yeni nəsil nəzarət-kassa aparatlarına ötürülməsini təmin etmək.

Qəbzin
bölünməsi

Bir masada və ya otaqda qonaqların dəqiq sayını göstərməklə sifarişin bir neçə hesaba bölünməsi. Ofisiant hansı qonağa nə verdiyini və hələ nə verməli olduğunu vaxtında izləyə bilir.

Bonuslar və endirimlər

Əgər Sizin obyektinizdə müştərilərin loyallığının idarə olunması üçün bonus proqramı aktualdırsa, o halda ofisiant qonaqla hesablaşmanı rahat şəkildə bonuslarla aparacaq.

Qəbzin
redaktəsi

Malın miqdarının dəyişilməsinin mümkünlüyü, səhvən daxil edilmiş malın silinməsi, endirimin təyin olunması, qəbzin tam ləğvi.

Yeni nəsil nəzarət-kassa dəstəyi

Malların və ya xidmətlərin adları qəbzdə göstərilməklə çap edilməsi və ödəniş haqqında bütün məlumatların token vasitəsilə göndərilməsi.

Təhvil
sifarişləri

Sifarişi vaxtında hazırlamaq üçün və alıcını gözlətmədən sifarişin alıcı tərəfindən götürülməsi tarixini və vaxtını göstərmək imkanı.

Kassa modulu — kassirin, barmenin və ya ofisiantın iş yeri üçün
müasir və rahat məkandır

Sifarişlərin və ödənişlərin sürətli qəbulu üçün rahat interfeys

Sürətli iş üçün hər şey - rahat başa düşülən menyu, lazım olan yemək və içki qrupları və artıq yoxlanılmış avadanlıq.
Sifariş üçün ödəniş edərkən müxtəlif ödəniş növlərindən seçim etmək mümkündür: nağd pul, kredit kartı, bonuslar və s.

Zalın xəritəsi və ya kassa yanında xidmət

Masaların formasını və ölçüsünü nəzərə alaraq obyektinizdə yerləşdiyi qaydada redaktorda düzün. Gələn müştərilər üçün real vaxtda sifarişləri yaradın və hansı yerlərin tutulduğuna, hansının isə boş olduğuna nəzarət edin. Kassa yanında çıxış xidməti göstərildiyi halda, planşet və ya sensorlu terminaldan istifadə etməklə sifariş və ödənişin qəbulu daha asan və tez olacaq.

Müştərinin Bonus kartının qəbzə əlavə olunması

Qəbzin rəsmiləşdirilməsinin istənilən mərhələsində müştəri kassirə öz daimi endirim və ya bonus kartını təqdim edə bilər. Kassa modulu proqramında endirim və bonus kartları barkod skaneri ilə, yaxud kartın nömrəsi ilə müəyyən edilir.

Qəbz üzrə hesablaşma – müxtəlif ödəniş

Kassa modulu ödənişi nağd şəkildə, bank kartı ilə, toplanmış bonuslarla qəbul etmək imkanına malikdir və hətta bütün bu metodları özündə cəmləşdirir. Hesablaşma zamanı kassirə pulun qalığının məbləği göstərilir.

Ofisiantın qəbzə bağlantısı, personalın motivasiyası

Xidməti göstərən ofisiantlar sövdəşəlmə şərtləri ilə çalışırlarsa, onların əməkhaqqının hesablanması üçün, eləcə də işçi heyətinin loyallığı sistemlərində motivasiya üçün (reytinqlər, plan göstəriciləri və s.) həmin ofisiantların qəbzə əlavə edilməsi.

Sifarişləri müştəri üçün rahat şəkildə qəbul edin

- Çağrı mərkəzinə zəng;
- Saytdan sifarişlərin qəbulu;
- Çatlardan və ya mesencerlərdən.
Müştərilər sifarişin sürətli qəbulunu, Siz isə startın asanlığını və işin sadəliyini qiymətləndirəcəksiniz.

Menecerin və ya İdarə edənin iş yerində
biznes-proseslərinə nəzarət etməsi və idarə olunması

Malların qrupları və şəkilləri
ilə rahat interfeysi

Malların kateqoriyalar üzrə qruplaşdırılması, sürətli vizual axtarış məqsədi ilə mallara və qruplara şəkillərin verilməsi.
Mal vərəqəsində məhsul haqqında tam məlumat: malın adı, şəkili, ətraflı təsviri, artikulu, barkodu, istehsalçı, məhsul üçün sertifikatlar.

Müştəri bazası ilə iş

Müştərilərin qeydiyyatı və uçotu. Dublikatların, xüsusi sahələrin yoxlanılması ilə alıcıların və kontragentlərin əlaqə məlumatlarının daxil edilməsi üçün rahat məlumat kitabçası. Müştəri haqqında bütün məlumatlar bir ekranda: münasibətlərin tarixçəsi, sənəd arxivi, cari borc və ümumi satış.

Daxili endirimlər sistemi və loyallıq proqramı

Mal və mal qrupları üzrə endirimli satışları və qiymətlərin düşməsinə imkan verən çevik endirimlər sistemi.
Loyallıq sistemi - hərtərəfli ayarlama imkanına malik olan bonus və endirim kartları, aksiyalar, kupon və bonus proqramlarını mərkəzdən idarə etməyə imkan verir.

Girişin, istifadəçinin və filialın məhdudlaşdırılması

İstifadəçilərin hüquqlarının idarə olunması: qaimə hüquqları və funksiyaları, səlahiyyətlər; müxtəlif bölmələrdən və filiallardan istifadəçilər üçün girişin ayrılması; lazımsız bəndləri və malların maya dəyərini gizləmək imkanı. Əməkdaşların əməliyyatları üzrə hadisələrin ümumi qeydiyyatı. Qapalı dövrlərdə dəyişikliklərə qadağa qoyulması.

Nə vaxt və nə qədər almaq

Ərzağın tələb olunan miqdarının gündəlik, həftəlik, aylıq avtomatik hesablanması və tədarükü bitmək üzrə olan malların sifarişinin təchizatçılara verilməsi.

Ödənişlərə və borclara nəzarət

Pul vəsaitlərinin hərəkətinin uçotu. Hər bir təchizatçıya ödəniş müddətinə görə ödənilməli olan borcun izlənməsi. Hər müştəri üçün ümumi və gecikdirilmiş borcların qaimələr üzrə təfərrüatları ilə göstərilməsi.

Masaların rezerv edilməsi və əvvəlcədən sifarişlər

Masanın və ya otaqın rezerv edilməsi və menyu əsasında əvvəlcədən sifariş etmək imkanı. Sifarişi telefonla qəbul edən administrator onlayn-rejimdə obyektdəki yüklənməni görərək ən yaxşı variantları təklif edir.

Kimlər gecikdirmədən və sərfəli qiymətlə tədarük edir

Proqram yüzlərlə təchizatçının qiymətlərini toplayaraq daima diqqət mərkəzində saxlayır, qiymətləri müqayisə edərək haradan alış-veriş etməyin daha sərfəli olduğunu göstərir.

Çəki ilə satın

Steyklər, çəki ilə satılan çərəz və ya peçenye üçün 100 qrama görə qiyməti göstərin. Satış zamanı ofisiant terminalda yalnız çəkini göstərərək qiymət avtomatik hesablanacaq.

Aşpaz üçün printer

Sifarişlər dərhal mətbəxdəki printerlərə daxil olaraq sexlər üzrə paylanır. Sifariş hazır olduqda isə ofisiant məlumatlandırılaraq qonaqlara tez bir zamanda xidmət göstərə bilir.

İşçilərin həvəsləndirilməsi: mükafatlar, premiyalar...

Hər bir əməkdaş üzrə nailiyyətlər haqqında statistika:
• ofisiantlara şəxsi satışlara görə faizlər;
• xidmət olunmuş müştərilərin sayına görə administratora mükafat;
• satış planının icrası: növbə, bölmə, ofisiant üzrə.

Real vaxtda satış haqqında hesabatlar

Obyekt üzrə statistika: alver, orta çek, nağd pul qalığı, mətbəxdə və rəflərdə nə qədər pulun qalması.
Administratorun effektivliyi: alver, çek sayı.
Ofisiantlar üzrə satış.

Proqramın digər imkanları

Texniki kartlar və komplektlər

Texniki kartlar ya istehsalı avtomatlaşdırmaq, ya da komplektləşdirmək üçün hazır ərzaqlardan yeməyi hazırlayraq onu dərhal satmaq. Yeməyi və ya məhsulu resept əsasında təsvir edin - ərzaqlar avtomatik qaydada satış anında anbardan silinəcək, hazır yemək isə anbara daxil olacaq.

İstənilən marketinq aksiyaları

İstənilən endirimlər: bir pozisiya üzrə və ya bütün qəbz üçün, yığım və ya fərdi endirim. Aksiyalar keçirin, fərdi endirimlər və endirim kartları təklif edin. Bonus proqramı yaradın və bu barədə müştərilərinizə məlumat verin.

Çatdırılmanı təşkil edin

Kuryer çatdırılma üçün mobil telefondan sifarişi qəbul edə və eyni zamanda müştəriyə təhvil verərkən ödənişi dəqiqləşdirərək nəzərə ala bilir. Sifarişlər növbəyə düşür və operator hər zaman statuslarını izləyə bilər.

Kassaya pulun daxil edilməsi və çıxarılması

Pul vəsaitinin daxil edilməsi və çıxarılması kassada nağd/nağdsız mədaxilləri əks etdirmək üçün istifadə olunan əməliyyatlardır, alverin daxil olması və xidməti məqsədlərlə nağd pul çıxarılması istisna olmaqla, bu məbləğlər kassadakı pulun üçot qalığına təsir göstərir.

Günün sonuna əməliyyatların uçotu və nəzarəti

Bütün maliyyə əməliyyatları ilə əlaqədar məlumatları, kassirin X-hesabatını Administratora və ya İdarə edənə təqdim edir və uyğunsuzluqların olmamasına nəzarət edir.

Hesabat

Geniş ABC-analizi satışın miqdarı, əldə olunan gəlir və hər bir malın satış rentabelliyini, onlar haqqında məlumatı tez və vizual olaraq əldə etməyə imkan verir. Hansı mövqelər maksimum gəlir gətirir, hansılar isə yalnız ticarətinizi ləngidir.

Dünyanın istənilən nöqtəsindən 24/7 rejimində analitika

Sizin obyektinizi idarə etmək üçün lazım olan hər şey onlayn rejimdə, aydın və əlverişlidir.
HB Retail inkişaf üçün daha çox vaxt verərək hansı yeməklərin daha yaxşı, hansının isə daha pis satıldığını bildirəcək.

Qazancın 20% artması

Ofisiantların mənasız ora-bura qaçışının qarşısının alınması - daha çox müştəriyə xidmət və daha çox qazanc əldə etməyə imkan yaradır.
Bu, restoranın xalis qazancını artırmaq üçün effektiv üsuldur.

İnternetdə mal satmağın əsl vaxtıdır

Öz işinizi qurmağa və ondan pul qazanmağa kömək edəcəyik.

Öz internet-mağazanızı yaradın.
Bu asandır, elə indi HB Retail-in imkanlarından istifadə edin.

Küçədə xidmət
sahələri olan
yerlər

Qonaqlar hələ də ofisiantla içkiləri müzakirə edir, Sizin aşpazınız isə artıq onlar üçün isti yemək hazırlayır! Ofisiant bir anda mobil terminal vasitəsi ilə sifarişləri bara və mətbəxə göndərir.

Biznesinizi inkişaf etdirin,
Siz bizə güvənə bilərsiniz!

Bir neçə obyekt açmağı planlaşdırırsınız?

HB Retail — bütün uçotu bir yerdə aparmağa imkan verir!
Texniki dəstəyimiz isə 24/7 rejimində məsləhətlər verərək problemləri həll etməyə hazır olan mütəxəssislərdir.

Bütün prosesləri bir pəncərədə idarə edin və onları bir-birinə bağlayın.

Biznesə nəzarət və idarəetmə
telefondan və ya planşetdən də mümkündür

Android
üçün
tətbiq

Tətbiq istənilən Android planşetində və ya smartfonunda quraşdırılır.

Satış və
alış üzrə analitika

Sahibkar üçün real vaxt rejimində obyektlərdə olan satış və alışların hesabatları.

Pul vəsaitlərinin hərəkətinin uçotu

Xərclərin, borcların və ödənişlərin izlənməsi. Müştəri üzrə ümumi və vaxtı keçmiş borcun əks olunması.

Mənfəət və itkilər haqqında hesabat

Bütün xərclər, əməkhaqqı və vergilərin ödənilməsi nəzərə alınmaqla, obyektin təmiz qazancı haqqında məlumat.

Satış obyektlərinin işinin
onlayn monitoru

Onlayn monitor funksiyası real vaxt rejimində ticarət obyektlərində kassalar üzrə cari vəziyyəti görməyə imkan verir.

Pul vəsaitlərinin qalıqlarına və
hərəkətinə nəzarət

"Pul əməliyyatları" hesabatı, ticarət obyektindəki pul vəsaitlərin hərəkətini və qalığını nağd və nağdsız şəkildə görmək mümkündür.

Satış mənfəəti

Satışın gəlirlik əmsalı konkret bir malın satışının nə dərəcədə sərfəli olduğunu başa düşməyə kömək edir. Gəlirlik qazancın maya dəyərinə (malın istehsalına və ya əldə olunmasına çəkilən xərclərə) nisbəti kimi hesablanır.

Müştərilər və təchizatçılar haqqında məlumat

Müştərilərin və təchizatçıların ünvanları, telefonları, rekvizitləri və hər hansı digər məlumatları, eləcə də real vaxt rejimində onların borcları haqqında məlumat.

Satışlar, qalıqlar, müştərilər üzrə analitika hər zaman Sizin cibinizdədir!
Hər zaman obyektlərinizin mövcud vəziyyətini biləcəksiniz:
alver, orta çek, pul qalığı və rəflərdə nə qədər pul var.

Tətbiq olunma
və müşayiət

Layihənizi sürətlə başlamağınız üçün Sizə lazım olan servisləri müəyyən etməyə köməklik edəcəyik.

10 dəqiqəyə
sürətli start

Qanunvericiliyə
müvafiqlik

Baza
analitikası

Onlayn-kassalarla
inteqrasiya

Hamısı bir arada.
Proqram + Bulud

Operativ
dəstək

ŞİRKƏT HAQQINDA

«HABIB» MMC 10 ildən çoxdur ki, təşkilatlar üçün abunə xidmətləri sahəsində ixtisaslaşmış və uzunmüddətli tərəfdaşlığın qurulmasına yönəlmiş aparıcı bir İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) şirkətidir.

Ticarət, ictimai iaşə, istehsal və xidmət sahəsində texnoloji və biznes proseslərinin işlənib hazırlanması, avtomatlaşdırlılması və tətbiqi ilə, eləcə də İT infrastrukturunun müşayiət olunması və texniki xidmət göstərilməsi ilə məşğul olur.

İstiqamətlər

Proqram təminatı

Biz texnoloji və biznes prosesləri, servis xidmətlərinin avtomatlaşdırılmasının həlli üçün bir sıra proqram məhsulları hazırlayıb bazara çıxarmışıq. Hal-hazırda bizim həllərimiz yerli məhsul sistemlərinin qabaqcıl üçlüyünə daxildir. Biz yazdığımız proqram təminatının seçimini edərək quraşdırmaqla bərabər, həm də bütün məhsullara tamamilə texniki dəstək göstərərək müşayiət edirik.

Ticarət avadanlığı

Biz sizə yalnız ticarət avadanlığı almaqda deyil, həm də çekin vurulmasından tutmuş, alverin və anbardakı qalıqların qeydə alınmasına qədər bütün prosesləri birləşdirməyə kömək edəcəyik.

Bizim vəzifəmiz

Təhlükəsizliyin təmin olunması

Bütün məlumatlar istər kənar, istərsə də daxili təhlükələrdən etibarlı şəkildə qorunmalıdır.

Stabil işin təşkili

Bütün kompüterlər işləməli, printerlər çap etməli, proqramlar açılmalıdır.

Fəaliyyətin optimallaşdırılması

Bütün fəaliyyətlər optimallaşdırılmalıdır:
minimal sayda kliklər vasitəsi ilə maksimal səmərəlilik təmin edilməlidir.

Biz hardayıq

Bizim dəstək komandamız köməklik göstərmək üçün buradadır.
Artıq bu gün ofisimizlə əlaqə saxlayın!

BAKI

Adres

Mətbuat pr. 38A, Yasamal, AZ1100

İş saatları

Be - Ca 09:00-dan 19:00-dək

Şb - Bz 11:00-dan 15:00-dək

SUMQAYIT

Adres

Sülh küç. 7/5, 2-ci mkr., AZ5004

İş saatları

Be - Ca 09:00-dan 19:00-dək

Şb - Bz 11:00-dan 15:00-dək

XIRDALAN

Adres

H.Əliyev pr., Mehdi Hüseyn küç. 54, AZ0100

İş saatları

Be - Ca 09:00-dan 19:00-dək

Şb - Bz 11:00-dan 15:00-dək